Meriyada Batumi Sakrebulosunun “Milli Hərəkat” üzvləri ilə hüquqmühafizəçilər arasında fiziki qarşıdurma baş verib
Meriyada Batumi Sakrebulosunun “Milli Hərəkat” üzvləri ilə hüquqmühafizəçilər arasında fiziki qarşıdurma baş verib.
Əvvəlcə müxalifət nümayəndələri meriyaya daxil olmaq istəsələr də, hüquq-mühafizə orqanları buna mane olub, sonra konfrans zalını zəbt ediblər. Təxminən yarım saat sonra hüquqmühafizəçilər deputatlardan zalı boşaltmağı tələb edib və bu, fiziki qarşıdurmaya çevrilib. Deputatlar çıxmağı planlaşdırmırdı, hüquq-mühafizə orqanları onları zorla çıxarıblar.
Meriya binasının dəhlizində səs-küy bu dəqiqələrdə yenə davam edir. “Milli Hərəkat”ın Ali Şuradan olan deputatları hadisə yerinə gəliblər. Onların hələlik binanı tərk etmək planları yoxdur.
Batumi merinə gəlincə, Arçil Çikovani yerində görünməyib, lakin meriyanın mətbuat xidməti Çikovaninin videomüraciətini yayıb, orada Arçil Çikovani müxalifətlə görüşün problem olmadığını bildirib.
“Müxalifətlə görüş problemi deyil. Batumi bələdiyyəsinin gündəlik fəaliyyətini pozmaq üçün həmvətənlərimizin mənafeyinə xələl gətirən sirk tamaşaları və hər gün həyata keçirdikləri destruksiya bizim üçün təbii olaraq qəbuledilməzdir.
“Bizim əsas prioritetimiz həmvətənlərimiz, onların qayğısına qalmaq və büdcədən nəzərdə tutulan proqramlardır”, – deyə Arçil Çikovani bildirib.