"Meridian Capital" təsdiq etdi ki, bu mərhələdə Anakliya limanının tikintisi layihəsində iştirakı imkanı yoxudur
"Meridian Capital" təsdiq etdi ki, bu mərhələdə Anakliya limanının tikintisi layihəsində iştirakı imkanı yoxudur

“Meridian Capital” təsdiq etdi ki, bu mərhələdə Anakliya limanının tikintisi layihəsində investor kimi iştirakı imkanı yoxudur, – bu barədə məlumatı Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyi yayır.

Nazirliyin məlumatına görə, “Conti International” Amerika şirkəti layihədən çıxdıqdan sonra, “Anakliya İnkişafı Konsorsiumu” Gürcüstan hökumətinə razılaşdırılma üçün “Meridian Capital NL B.V.” şirkətini təqdim etdi.

2019-cu ilin oktyabrın 28-də, Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinə “Meridian Capital NL B.V.” şirkətinin nümayəndəsi yazılı şəkildə müraciət etdi və təsdiq etdi ki, bu mərhələdə Anakliya limanının tikintisi layihəsində investor kimi iştirakı imkanı yoxudur və bütün cari proseslər dayandırılsın.