Mərhuməlik bayramı münasibətilə prezident tərəfindən əfv olunan məhbuslar arasında müxtəlif vaxtlarda etiraz aksiyalarında saxlanılan şəxslər də yer alıb
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Mariamoba bayramı ilə əlaqədar 226 nəfəri əfv edib. Əfv olunanlar arasında müxtəlif vaxtlarda etiraz aksiyalarında saxlanılan şəxslərin də olduğu bildirilir.
Mövcud məlumata görə, əfv olunanlar arasında Saba Cikia, Fridon Bubuteişvili, Simon Maxaradze, David Xomeriki, Quram Xutaşvili, Daniel Mumladze, Avtandil Topçişvili və Tornike Mçedlişvili də var.
Məlumat üçün bildirək ki, Mixeil Kavelaşvili Mariamoba bayramı münasibətilə ümumilikdə 226 nəfəri əfv edib. Prezident Administrasiyasının məlumatına görə, əfv 217 məhbus və 6 qeyri-həbs cəzası alan şəxsə şamil olunub, daha 3 şəxsin məhkumluğu götürülüb.
Prezident Administrasiyasının açıqlamasında qeyd olunur ki, prezidentin Konstitusiya ilə ona verilmiş müstəsna səlahiyyətdən istifadə etməsi humanizm prinsipinə və dövlət maraqlarına əsaslanır.