Mərakeşin Xarici İşlər Nazirliyi Bolonyada polis tərəfindən saxlanılarkən mərakeşli Abderahim Fakirin ölümünün araşdırılmasını və təqsirkarların cəzalandırılmasını tələb edir
Mərakeşin Xarici İşlər Nazirliyi Bolonyada saxlanılan şəxsin ölümünün araşdırılmasını və təqsirkarların cəzalandırılmasını tələb edir.
Mərakeşin Xarici İşlər Nazirliyi İtaliya hakimiyyətini “insidentin bütün təfərrüatlarını tam şəkildə araşdırmağa, həmçinin məsuliyyəti müəyyən etməyə və müvafiq hüquqi tədbir və prosedurları tam həyata keçirməyə” çağırıb.
Məlumat üçün bildirək ki, iyulun 19-da Bolonyada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən mənşəcə mərakeşli olan Abderahim Fakir vəfat edib.
“BBC”nin yazdığı kimi, həbs anının görüntüləri ictimailəşdirildikdən sonra Bolonyada iğtişaşlara çevrilən kütləvi etiraz aksiyaları keçirilib.