Mərakeşdə iki yaşayış binasının uçması nəticəsində 19 nəfər həyatını itirib
Mərakeşdə iki yaşayış binasının uçması nəticəsində 19 nəfər həyatını itirib

 

Mərakeşdə iki yaşayış binasının uçması nəticəsində 19 nəfər həyatını itirib, 16 nəfər yaralanıb.

Hadisə ölkənin ikinci ən böyük şəhəri olan Fesdə baş verib.

Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, səkkiz ailənin yaşadığı yan-yana yerləşən iki dördmərtəbəli bina uçub.

Hadisənin səbəbi bilinmir.

Yaralılar xəstəxanaya aparılıblar. Yaxınlıqdakı binalardan insanlar təxliyə edilib.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.