Nyu-Cersidə keçirilən UFC 316 turnirində super yüngül çəki dərəcəsində çempionluq döyüşündə Merab Dvalişvili amerikalı Şon O’Malley-ni məğlub edib və kəmərini qoruyub.
Döyüşü ABŞ prezidenti Donald Tramp da tribunadan izləyib. Qələbədən sonra Dvalişvili onun yanına gedib, təbrik alıb və birlikdə şəkil də çəkdiriblər.
Merab Dvalişvili çempionluq titulunu ötən ilin sentyabrında, məhz Şon O’Malley-ni məğlub etməklə qazanmışdı və bu gün karyerasında ikinci dəfə onu qoruyub. İlk dəfə bu uğura yanvar ayında Umar Nurməhəmmədov üzərində qələbə ilə nail olmuşdu.
Merab Dvalişvili peşəkar MMA-da keçirdiyi 24 döyüşdən 20-sini qələbə ilə başa vurub, cəmi 4 dəfə məğlub olub. Bu qələbə onun ardıcıl 13-cü qələbəsidir. Bu göstərici ilə o, Xabib Nurməhəmmədov, Demetrius Conson, Corc Sen Pyer, Maks Holloway və Con Consa bərabərləşib. Onlardan daha çox ardıcıl döyüşü yalnız Kamaru Usman, İslam Maxaçev (15) və Anderson Silva (16) qazanıb.
Sonuncu dəfə gürcü döyüşçü 2018-ci ildə məğlub olub. O vaxtdan bəri isə super yüngül çəki dərəcəsində UFC-nin dörd keçmiş çempionunu məğlub edərək titul uğrunda yolunu davam etdirib.