Merab Dvalişvili UFC tarixində ardıcıl 13 döyüş qazanmış doqquzuncu döyüşçüdür #1TVSPORT
Merab Dvalişvili UFC 313 turnirində super yüngül çəki dərəcəsində çempionluq döyüşündə amerikalı Şon O’Malley-ni məğlub edib.
Bu qələbə ilə Dvalişvili karyerasında ikinci dəfə divizionun kəmərini qorumağı bacarıb. 34 yaşlı gürcü çempion ötən ilin sentyabrında, Las Veqasda Şon O’Malley-ni məğlub etməklə UFC çempionu olmuşdu.
Qeyd olunmalıdır ki, bu qələbə Dvalişvili üçün UFC-də ardıcıl 13-cü olub. Bu göstəriciyə UFC tarixində cəmi doqquz döyüşçü nail olub. Bunlar – Anderson Silva (16), İslam Maxaçev (15), Kamaru Usman, Corc Sen-Pyer, Con Cons, Demetrius Conson, Xabib Nurməhəmmədov, Maks Holloway və Merab Dvalişvilidir (13). Onların hamısı UFC çempionu olmuş və qarışıq döyüş sənətlərinin əfsanələri sayılır.
Gürcü döyüşçünün döyüşünü ABŞ-ın hazırkı prezidenti Donald Tramp da izləyib.