Melania Tramp – Oleşkidə atəşkəs razılaşması iki gün tez qüvvəyə mindi və humanitar karvanların təhlükəsiz hərəkət edə bilməsi üçün onun hüdudlarını aşdı və digər əraziləri də əhatə etdi

22:53, 27.10.2026

 

ABŞ-nin birinci xanımı Melania Tramp Ukrayna və Rusiya arasında Oleşki şəhərində atəşkəs razılaşmasının planlaşdırılandan iki gün tez qüvvəyə mindiyini bildirdi.

O, razılaşmanın əhatə dairəsinin genişləndirildiyini və Oleşki şəhərinin hüdudlarını aşdığını deyib.

“Atəşkəs başlayıb. Ukrayna və Rusiya arasında atəşkəs 2026-cı ilin oktyabrın 27-də, Moskva vaxtı ilə saat 16:00-da qüvvəyə minib. Mülki əhalinin təhlükəsizliyini qorumaq və kritik əhəmiyyətli humanitar yardımın çatdırılmasını dəstəkləmək üçün proses planlaşdırılandan iki gün tez başlayıb. Humanitar karvanların təhlükəsiz hərəkət edə bilməsi üçün atəşkəs razılaşmasının coğrafi ərazisi Oleşkinin hüdudlarını aşıb və Xerson vilayətinin digər ərazilərini də əhatə edib. Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Qerasimov təsdiqləyib” – Melania Tramp sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, ABŞ-nin birinci xanımı Melania Tramp bir neçə gün əvvəl Ukraynanın Oleşki şəhərində atəşkəs barədə razılaşmaya nail olub.

Oxşar