Melania Tramp Minnesotada inkişaf etmiş hadisələrə münasibət bildirib - Mən zorakılığa qarşıyam, etiraz edirsinizsə, dinc şəkildə etiraz edin
Melania Tramp Minnesotada inkişaf etmiş hadisələrə münasibət bildirib - Mən zorakılığa qarşıyam, etiraz edirsinizsə, dinc şəkildə etiraz edin

 

Mən zorakılığa qarşıyam, etiraz edirsinizsə, dinc şəkildə etiraz edin – bu haqda ABŞ-nin birinci xanımı Melania Tramp ABŞ-dakı cari etiraz aksiyalarına münasibət bildirib.

“Bilirəm ki, həyat yoldaşım, prezident dünən Minnesotanın qubernatoru və Minneapolisin meri ilə əla söhbət apardı. Onlar bu prosesin dinc və iğtişaşsız olmasını təmin etmək üçün birlikdə çalışırlar. Mən zorakılığa qarşıyam. Etiraz edirsinizsə, dinc şəkildə etiraz edin” – Melania Tramp bildirib.

Məlumat üçün bildirək ki, İmmiqrasiya və Gömrük Xidmətinin əməliyyatı zamanı atışma nəticəsində dünyasını dəyişən Aleks Pretin həlak olmasından sonra Minnesotada etiraz aksiyaları yenidən başlayıb. ABŞ hakimiyyəti atışmanın müdafiə məqsədli olduğunu bildirir, lakin bu versiya bir çox vətəndaş üçün şübhəlidir.