Melania Tramp Ağ Evdə Rusiya və Ukrayna nümayəndələrinin görüşünə ev sahibliyi edəcək

18:50, 03.11.2026

 

ABŞ-nin birinci xanımı Melania Tramp cümə axşamı günü Rusiya və Ukrayna nümayəndələrinin görüşünə ev sahibliyi edəcək. Məlumatı Ağ Evə istinadən “Sky News” yayır.

“Birinci xanım Melania Tramp Ağ Evdə aktiv müharibə vəziyyətində olan iki ölkənin — Rusiya və Ukraynanın nümayəndələrini şəxsən bir araya gətirəcək. Bu hadisə Amerikanın tarixində xüsusi andır” – Ağ Evin bəyanatında yazılıb.

Rəsmi bəyanatda həmçinin qeyd olunub ki, cümə axşamı, yerli vaxtla saat 11:00-da Melania Tramp Oleşkidə atəşkəs haqqında bəyanat verəcək.

Məlumat üçün bildirək ki, bundan əvvəl Melania Tramp Ukraynanın Oleşki şəhərində tərəflər arasında oktyabrın 27-də qüvvəyə minən atəşkəs razılaşmasına nail olmuşdu.

Oxşar