Məktəblərə şagirdlərə sığorta, maliyyə idarəsi, bulinq və digəri məsələləri öyrədən "Vətəndaşlıq" dərsi daxil ediləcək
Məktəblərdə vətəndaşlıq maarifləndirilməsi gücləndiriləcək.
Bugün qüvvədə olan təhsil planı ilə, vətəndaş təhsili sadəcə 9-cu sinifdə öyrədilir.
2019-2020-ci tədris illərində isə, bu fənin öyrədilməsi 7-ci, 8-ci və 9-cu siniflərdən başlayacaq.
Bu yenilik Təhsil Nazirinin 3 may tarixində verdiyi əmri ilə nəzərdə tutulub.
Fənin adı “Vətəndaşlıq” olacaq və o növbəti istiqamətləri öyrədəcək: mədəni rəngarənglik, məktəbdə bərabərlik, yaşıl məktəb, bulinq, sağlam qida, erkən evlilik, vandalizm, brakonyerlik, özəl və ümumi təhsil, şəxsi maliyyənin idarəsi, ehtiyyat və xeyriyyə, vergilər, maliyyə təşkilatları, sığorta, maliyyə riskləri, dolandırıcılıq, maliyyə təhlükəsizliyi, valyuta və mübadilə kursu, investisiya, munisipal orqanlarla ünsiyyət, parlament və prezident seçkiləri, kütləvi medya – dördüncü iqtidar, yol hərəkətləri qaydaları, beynəlxalq təhlükələr, (trefiking, terorizm, təqib), Gürcüstanın sülh və humanitar missiyaları, iqlim dəyişiklikləri, elektrik enerjinin alternativ mənbələri və sairə.