Məktəblərdə birinci sinif şağirdlərinin qeydiyyatında dəyişikliklər edildi
Xüsusi maarifləndirməyə ehtiyacı olan uşaqların maraqlarından irəli gələrək, Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən, 2019-2020 tədris ili üçün, məktəblərdə birinci sinif şağirdlərinin qeydiyyatında dəyişikliklər edildi. Qeyd olunan barəsində Nazirlikdə birifinq keçirildi.
Brifinqdə qeyd olunduğu kimi, nazirin qərarı ilə, qeyd olunan kateqoriya uşaqları üçün qeydiyyatın birinci mərhələsi 2019-cu ilin martın 25-də başlayır və aprelin 5-də başa çatacaq. Bu müddət ərzində valideynlər məktəblərə müraciət etməlidirlər. Xüsusi maarifləndirməyə ehtiyacı olmasının təsdiq edilməsi məqsədi ilə, valideyn məktəbdə nazir tərəfindən təsdiq olunmuş ərizə formasını doldurur. Qeyd olunan forma məktəbdən nazirliyə göndəriləcək. Bundan sonra 8-22 mart daxil olmaqla, uşağın xüsusi maarifləndirməyə ehtiyacı olduğu müəyyənləşdiriləcək.
Xüsusi maarifləndirməyə ehtiyacı olduğu təqdirdə uşaq məktəbə qəbul olunacaq. Xüsusi maarifləndirməyə ehtiyacı olduğu təsdiqlənmədiyi təqdirdə, valideynlər növbəti mərhələdə qeydiyyatdan keçirə bilərlər.
Xüsusi maarifləndirməyə ehtiyacı olan şağird kimi uşaq, qarşıdakı meyarlara görə hesab olunacaq: fiziki məhdudiyyət, intelektual inkişafın pozulması, oxuma qabiliyyətinin pozulması, sensor inkişaf pozuntusu (eşitmə/görmə), tələffüs inkişafı pozuntusu, davranış pozuntusu, uzunmüddətli hospitallaşdırma lazımlılığı, autizm spektri varsa.
Qeydiyyatın ikinci mərhələsi mayın 2-dən 17-si də daxil olmaqla mümkündür və məktəblərdə qeydiyyatdan qardaş-bacısı həmin məktəbdə oxuyan, və ya valideynləri qeyd olunan məktəbin əməkşdaları olan uşaqlar keçəcəklər.
Üçüncü, ümumi qeydiyyat mayın 21-dən iyunun 12-i də daxil olmaqla həyata keçiriləcək. Sənədlərin təqdim edilməsi 13 iyundan iyunun 21-dək lazımdır. Qeydiyyat “www.emis.ge” saytında həyata keçiriləcək. Qeyd olunan müddət ərzində sənədlərin təqdim olunmaması təqdirində qeydiyyat avtomatik olaraq ləğv olunacaq.
Beşinci mərhələ – boşalan yerlərə qeydiyyat və sənədlərin təqdim olunması 25 iyundan 5 iyun daxil olmaqla mümkündür.