Məktəb şagirdlərinin etirazına görə Fransanın Baş naziri böhran məsələləri üzrə idarələrarası iclas keçirir
Məktəb şagirdlərinin etirazına görə Fransanın Baş naziri Sebastian Lekornu böhran məsələləri üzrə idarələrarası iclas keçirir.
Aksiya iştirakçıları, zorakılığa baxmayaraq, orta məktəb şagirdlərini və artıq universitet tələbəsi olanları səfərbərliyin “ikinci mərhələsinə” çağırırlar. Fransanın təhsil naziri Eduard Cefrinin bəyanatına əsasən, bu zorakılığı törədənlər məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdırlar.
Fransa mediasına əsasən, Ruanda aksiyalar zamanı iki direktor xəsarət alıb. Dövlətin tələbi ilə Strasburqda tramvayın hərəkəti dayandırılıb, bu da hakimiyyətin bəyanatına əsasən, vandalların və etirazçıların hərəkətini məhdudlaşdırmaq məqsədi daşıyır.
Rendə aksiya iştirakçıları ilə polis arasında qarşıdurma barədə məlumat yayılır. Tuluzada aksiyaların keçirildiyi bir neçə yerdə yanğın baş verib. Marseldə yanğınsöndürmə xidmətinin avtomobili qarət edilib və sonra od vurulub.
Son məlumatlara əsasən, 625 nəfər saxlanılıb, 83 polis və jandarm xəsarət alıb. Blokadalar başlayandan bəri həmçinin 119 şagird və məktəb əməkdaşı xəsarət alıb.