Meksikanın Prezidenti – Tramp tərəfindən planlaşdırılan rüsum artımı inflyasiyanı pisləşdirəcək və Meksika və ABŞ-da iş yerlərini kəskin şəkildə azaldacaq

22:30, 26.11.2024

 
Tramp tərəfindən planlaşdırılan rüsum artımı inflyasiyanı pisləşdirəcək və hər iki ölkədə, Meksika və ABŞ-da iş yerlərini kəskin şəkildə azaldacaq – bu haqda Meksikanın Prezidenti Klaudia Şainbaum bildirib.

Meksikanın Prezidenti gömrük vergilərinin müəssisələri Meksikada olan “General Motors” və “Ford” kimi ABŞ-ın avtomobil istehsalçılarına ağır təsir edəcəyini vurğulayıb.

Şainbaumun qeyd etdiyi kimi, bu məsələ ilə bağlı ABŞ-ın seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparmağı və Kanadanın Baş naziri Castin Trüdoya məktub göndərməyi planlaşdırır.

Bununla yanaşı, Meksikanın Prezidenti ölkəsinin narkotiklər və miqrasiya ilə bağlı çağırışlarla əlaqədar dialoq və əməkdaşlıq istədiyini qeyd edib. Şainbaum razılıq əldə ediləcəyinə əmin olduğunu, lakin vergilər tətbiq ediləcəyi təqdirdə, digər istiqamətlərdə ticarət əlaqələrini genişləndirməyə hazır olduğunu bildirib.

“Biz təkcə Şimala deyil, həm də Cənuba və Avropa qitəsinə baxırıq. Meksika güclüdür və biz hər zaman birinci olacağıq” – Şainbaum bildirib.

Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp prezidentliyinin ilk günündən Meksika, Kanada və Çindən gətirilən mallara rüsumları kəskin şəkildə artıracağını bildirib. Tramp, bu addımın qeyri-qanuni immiqrasiyaya və sərhəddən “cinayət və narkotik” axınına cavab ölçüsü olduğunu deyib.

Oxşar