Meksikada ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 23 nəfər, o cümlədən bir neçə uşaq həlak olub. Medianın məlumatına görə, hadisə ölkənin şimal-qərb hissəsində, Hermosillo şəhərinin mərkəzində baş verib.
Məlumata əsasən, ölənlərin əksəriyyətinin ölümünə toksik qazların nəfəs yolu ilə qəbulu səbəb olub.
Yanğının dəqiq səbəbi hələlik məlum deyil.
Sonora ştatının qubernatoru Alfonso Durazo bildirib ki, polis yanğının yaranma səbəblərini araşdırmağı davam etdirir.