Meksikada son bir gün ərzində koronavirusun 4 614 halı qeydə alındı, 232 pasiyent vəfat etdi
Meksikada son bir gün ərzində koronavirusun 4 614 halı qeydə alındı, 232 pasiyent vəfat etdi

Meksikada son bir gün ərzində koronavirusun 4 614 halı qeydə alındı. Məlumatı “Reuters” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Son 24 saat ərzində virusdan 232 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, ölkədə koronavirusa yoluxmanın 634 023 halı qeydə alınıb, 67 558 insan vəfat edib.