Meksikada koronavirusdan vəfat edənlərin sayı 30 mini keçdi
Meksikada koronavirusdan vəfat edənlərin sayı 30 mini keçdi

Meksikada “COVID-19” qurbanlarının sayı 30 mini aşdı.

Ölkədə son bir gün ərzində koronavirusdan 523 insan vəfat etdi. Beləliklə ölənlərin ümumi sayı 30 366-nı təşkil etdi.

Bu göstəricilərlə Meksika Fransanı keçdi və ABŞ, Braziliya, Böyük Britaniya və İtaliyadan sonra dünyada beşinci yerə çıxdı.

Son 24 saat ərzində Meksikada koronavirusun 6 914 halı təsdiq olundu. “COVID-19”-un ölkədə cəmi 252 165 halı qeydə alınıb.