Meksikada hərbçilər miqrantları daşıyan avtomobilə atəş açıblar, 6 nəfər həlak olub
Meksikada hərbçilər miqrantları daşıyan avtomobilə atəş açıblar, 6 nəfər həlak olub, 10 nəfər xəsarət alıb. Bu haqda məlumatı “BBC” Meksikanın Müdafiə Nazirliyinə istinadən yayır.
Medianın məlumatında, hadisənin ölkənin cənubunda, Qvatemala ilə sərhəddən 40 kilometr aralıda baş verdiyi deyilir. Nazirlikdən verilən məlumata əsasən, hərbi patrul ordunun nəzarət məntəqəsində dayanmayan miqrantların yüksək sürətlə hərəkət edən avtomobilini qeydə alıb və bundan sonra da əsgərlər nəqliyyat vasitəsinə atəş açıblar.
Sürücü qaçmağa cəhd edərkən magistral yoldan çıxıb, lakin sükana nəzarəti itirib. Mövcud məlumata əsasən, avtomobildə Misir, Nepal, Kuba, Hindistan və Pakistandan olan miqrantlar da daxil olmaqla 33 nəfər olub. Hadisədə iştirak edən hərbçilərin təhqiqat başa çatanadək səlahiyyətləri dayandırılıb. Dörd nəfər yerindəcə dünyasını dəyişib, 12 yaralıdan ikisi isə xəstəxanaya çatdırıldıqdan sonra. Qalan 17 sərnişin immiqrasiya xidməti tərəfindən saxlanılıb.