Meksikada dəmir yolu qəzası nəticəsində 13 nəfər həlak olub və 100-ə qədər insan yaralanıb

11:24, 29.12.2025

 

Meksikada dəmir yolu qəzası nəticəsində ən azı 13 nəfər həlak olub və 100-ə qədər insan isə yaralanıb. Bu haqda “BBC” yazır.

Hadisə Meksikanın cənub-qərbində yerləşən Oaxaka bölgəsində baş verib. Qatarda 241 sərnişin və ekipajın doqquz üzvü olub.

Meksika Prezidenti Klaudia Şeinbaum beş nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Hadisə ilə əlaqədar istintaq aparılır.

Oxşar