Gürcüstanda, məhsul təhlükəsizliyi nəzarəti ciddiləşir. Dəyişikliklər ilk mərhələdə tikinti materialları və oyuncaqlara aid olacaq. Söhbət, 2012-ci il qüvvəyə minmiş məcəllədə nəzərə alınmamış nəzarət mexanizmindən gedir.
Parlamentdə irəli sürülmüş qanun-layihəyə əsasən, təhlükəli məhsulun bazardan çıxarılması, istifadəçidən geri alınması və realizə edilmənin dayandırılması baş verə bilər.
Layihə, parlamentin dəstəyini alsa, müvafiq idarələr reaksiya verməyə güman ki, 2019-cu ildən başlayacaqlar.
Hazırladı: Sandro Cupalakiani, Leyla Əkbərova