Məhkəməyə hörmətsizlik ittihamı ilə Nika Meliyaya bir il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib

14:31, 06.08.2026

Məhkəmə “Dəyişiklik üçün Koalisiya”nın liderlərindən biri Nika Melianı məhkəməyə hörmətsizlik işi üzrə təqsirli bilib və ona bir il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
İş üzrə hökmü hakim Nino Elieşvili elan edib.
Bu epizod üzrə Melia məhkəməyə hörmətsizlikdə, konkret olaraq inzibati işlər kollegiyasının hakimi Tornike Koçkianiyə qarşı təhqiramiz ifadələr işlətməkdə ittiham olunurdu.
Nika Melia barəsində bu gün çıxarılan hökm onun əvvəlki hökmünü də əhatə edib. Melia həbsdən yenidən 2026-cı ilin dekabrında çıxacaq.
Qeyd edək ki, Melia Gürcüstan Cinayət Məcəlləsinin 366-cı maddəsinin ikinci hissəsi ilə (hakimin təhqir olunması ilə ifadə olunan məhkəməyə hörmətsizlik) ittiham olunurdu. Bu maddə cəza növü kimi 2 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Oxşar