Məhkəmədə noyabrın 30-da Rustaveli prospektində inzibati qaydada saxlanılan Davit Qoqilaşvilinin prosesi keçirilir
Tbilisinin Şəhər Məhkəməsində noyabrın 30-da Rustaveli prospektində davam edən aksiya zamanı inzibati qaydada saxlanılan Davit Qoqilaşvilinin prosesi keçirilir.
Prosesdə altı ölkənin diplomatik korpusunun nümayəndələri iştirak edirlər. Qoqilaşvilinin iclas başlamazdan əvvəl dediyi kimi, səfirliklərin nümayəndələri iclasda iştirak etmək istəyini özləri ifadə ediblər. O, prosesdə Çexiya, Avropa İttifaqı, Estoniya, Böyük Britaniya, Niderland və Danimarkanın diplomatik korpusunun nümayəndələrinin iştirak etdiyini deyib.
Davit Qoqilaşvili noyabrın 30-da etiraz aksiyasından evə qayıdarkən Lesia Ukrainka küçəsində saxlanıldığını bildirib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərmədiyini deyib. Qoqilaşvilinin izahatına əsasən, o, haqsız yerə saxlanılıb və eləcə də döyülüb, burnu sındırılıb və beyin silkələnməsi yaşayıb.
O, təcridxanada 9 saat gözlədikdən sonra xəstəxanaya aparıldığını bildirib. “İkinci dəfə aksiyaya çıxmağa cəsarət etməməyim üçün bu artıq işgəncə, qorxutma idi” – Qoqilaşvili bildirir.
Davit Qoqilaşvili inzibati xətada, yəni polisin qanuni tələbinə itaətsizlikdə ittiham olunur.