Məhkəmə Zurab Qirçi Caparidzeni 7 ay azadlıqdan məhrumetmə cəzasına məhkum etdi, həmçinin ona 2 il müddətinə vəzifə tutmaq qadağan edildi
Məhkəmə “Dəyişiklik Naminə Koalisiyası”nın liderlərindən biri Zurab Qirçi Caparidzeni parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməməsi faktına görə 7 ay azadlıqdan məhrumetmə cəzasına məhkum etdi. Həmçinin ona 2 il müddətinə vəzifə tutmaq qadağan edildi.
Hakim Cvebe Nacğebia hökmü bir az bundan əvvəl elan etdi.
Zurab Qirçi Caparidze bugünkü məhkəmə iclasında iştirak etməyib.
Müvəqqəti istintaq komissiyasının müraciəti əsasında prokurorluq Caparidzeyə qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürüb, bu da “Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının tələbinin yerinə yetirilməməsi” deməkdir. Zurab Caparidzenin barəsində qətimkan tədbiri olaraq aprelin 16-da 20 000 lari girov təyin edilib və girovu ödəmək müddəti mayın 18-də başa çatıb. Girovu ödəmədiyinə görə isə mayın 22-də girov həbs qətimkan tədbiri ilə əvəz olundu.