Məhkəmə Temur Katamadzeni Nino Nadiradzenin təhqir edilməsi faktı üzrə təqsirli bilib və onu 2800 lari miqdarında cərimələyib
Məhkəmə Temur Katamadzeni Nino Nadiradzenin təhqir edilməsi faktı üzrə təqsirli bilib və onu 2800 lari miqdarında cərimələyib

 
Tbilisinin Şəhər Məhkəməsi fəal Qafar İlmazizi, yəni Temur Katamadzeni “Vivamed”in direktoru Nino Nadiradzenin təhqir edilməsi faktı üzrə təqsirli bilib və onu 2800 lari miqdarında cərimələyib.

Mövcud məlumata əsasən, hadisə Katamadze Miqrasiya İdarəsindən “Vivamed” klinikasına aparılanda baş verib, klinikada o, aclıq aksiyasından sonra protokola uyğun olaraq müalicə almalı idi.

İstintaqın məlumatına əsasən, o, əvvəlcə klinikanın tibb bacısı ilə münaqişə yaşayıb, bundan sonra da onu sakitləşdirmək üçün içəri daxil olan klinikanın direktoru Nino Nadiradzeni təhqir edib. Katamadze özünü təqsirli bilmir.

İstintaq hadisənin martın 6-da baş verdiyinə dair məlumat verir.

Temur Katamadze artıq aclıq aksiyasını dayandırıb. Klinikadan çıxandan sonra o, yenidən Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin müvəqqəti saxlanma təcridxanasındadır. İstintaqın məlumatına əsasən, Katamadze qanuni əsas olmadan Gürcüstandadır, vətəndaşlığı və yaşayış icazəsi yoxdur və onun deportasiyasını tələb edirlər.