Məhkəmə Sopo Caparidzeni 500 lari cərimələyib

17:35, 03.02.2025

 
Tbilisinin Şəhər Məhkəməsi “Milli Hərəkat”ın liderlərindən biri Sopo Caparidzeni 500 lari cərimələyib.

Bu gün Şəhər Məhkəməsində Caparidzenin inzibati işinə baxılıb.

Daxili İşlər Nazirliyi Caparidzeni noyabrın 17-də Varazisxeviyə bitişik yolu süni şəkildə bağlamaqda ittiham edirdi.

Caparidzenin məhkəmə prosesi başa çatdıqdan sonra dediyi kimi, hakim Lela Tsaqareişvilinin qərarı qanunsuzdur. Sopo Caparidze qərarı sirk adlandırıb.

Oxşar