Məhkəmə Sağuliya kəndində yaxalanan İrakli Mukbanianiyə qarşı qətimkan tədbirin seçilməsi barəsində müzakirə aparır
Məhkəmə Sağuliya kəndində yaxalanan İrakli Mukbanianiyə qarşı qətimkan tədbirin seçilməsi barəsində müzakirə aparır

Kutaisi Şəhər Məhkəməsi Sağuliya kəndində yaxalanan İrakli Mukbanianiyə qarşı qətimkan tədbirin seçilməsi barəsində müzakirə aparır.

Prosesin başlamasına qədər, Mukbanianinin vəkilləri bəyan etdilər ki, onlar məhkəmə qarşısında tələb irəli sürəcəklər ki, İrakli Mukbanianiyə qarşı heç bir qətimkan tıdbiri seçilməsin və alternativ şəklində 10 000 lari miqdarında girov tələb edəcəklər.

Elə onların məlumatına görə, prokurorluq İrakli Muqabanianiyə qarşı həbsin seçilməsini tələb edir.

“NamaxvanSES”-ə qarşı aksiya iştirakçıları və Mukbanianinin ailə üzvləri məhkəmənin həyətində toplaşıblar.

İrakli Mukbanianini polis dünən yaxaladı. DİN-in məlumatına görə, 29 mayda Mukbaniani Qumatidə,  “NamaxvanSES”-ə qarşı aksiyada polis işçisinə hücum edərək fiziki təhqir etdi.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 363-cü maddəsinin birinci hissəsi ilə aparılır.