Məhkəmə, Qoqi Tsualianı 6000 lari girov müqabilində sərbəst buraxdı
Tbilisi Şəhər Məhkəməsi, cinsi xarakterli davranışlarda günahlandırılan Qoqi Tsulaianı 6.000 lari girov müqabilində sərbəst buraxdı.
Qoqi Tsulaianın vəkili Valeri Qelbaxianinin dediyinə görə, bugünkü məhkəmə iclasında müvəkkilinin səhhətinə dair yeni dəlillər məhkəməyə təqdim edildi, məhkəmə nəzərə alaraq həbs qətimkan tədbiri ilə əvəzləndi.
“Məhkəmədə vəsatət qaldırıldı və həbsxananın tibb işçiləri tərəfindən verilən səhhətinin pisləşməsi ilə bağlı dəlillər təqdim edildi. Bu rejimdə qalsaydı, istənməyən nəticələrin ola biləcəyi göstərildi. Məhkəmə bu vəziyyəti nəzərə aldı və həbs cəzasını 6000 lari təzminat ilə əvəz etdi ”, – dedi Valeri Qelbaxiani.
Qoqi Tsulaia Cinayət Məcəlləsinin cinsi xarakterli davranışları nəzərdə tutan 138-ci maddəsi ilə ittiham olunur. İttihamda 4 ildən 6 ilədək həbs cəzasını nəzərdə tutulur.