Məhkəmə polisə hücum ittihamı ilə saxlanılan Anzor Kvaratsxelianı 4 il 6 ay müddətinə həbs cəzasına məhkum edib
Məhkəmə polisə hücum ittihamı ilə saxlanılan Anzor Kvaratsxelianı 4 il 6 ay müddətinə həbs cəzasına məhkum edib

 

Tbilisi Şəhər Məhkəməsinin hakimi Cvebe Nacğebia Anzor Kvaratsxelianı 4 il 6 ay müddətinə həbs cəzasına məhkum edib.

Hakim onu 353-cü prima maddə ilə nəzərdə tutulmuş cinayətdə təqsirli bilib, bu da polisə hücum deməkdir. Onu “Molotov kokteyli” atmaqda ittiham edirlər.

Hakimin izahatına əsasən, məhkəmədə videoçəkilişləri və ya digər sübutları araşdırıblar və bu qərar Ali Məhkəmənin müəyyən etdiyi standartlara uyğundur. O, bunun asan iş olmadığını deyib. Hökm elan olunmazdan əvvəl Anri Kvaratsxelia son sözünü deyib.

“Çox sağ olun ki, əziyyət çəkdiniz və mənim işimlə belə yaxından maraqlandınız. Bu gün mən qürur duyuram ki, ölkəmin yanında dayandım. Bu işin nə əvvəlini, nə də sonunu başa düşə bildim – nə ilə ittiham olunduğumu bilmirəm. Anama diqqət yetirin, o, miqrantdır. Gələndə ona məndən böyük sevgi ilə salam çatdırın, biz hamımız bir ailəyik” – Kvaratsxelia bildirib.

Anzor Kvaratsxelia noyabr-dekabr aksiyalarında polislərə hücum etməkdə təqsirli bilinib.