Məhkəmə polisə hücum etmək ittihamı ilə keçən ilin mayında aksiyada saxlanılmış Qiorqi Okmelaşvilini 5 il müddətinə azadlıqdan məhrum edib
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarlarının aksiyasında polisə hücum etmək ittihamı ilə saxlanılmış Qiorqi Okmelaşvilinin işi üzrə hökm elan edilib. Hakim Qiorqi Qelaşvili onu 5 il müddətinə azadlıqdan məhrum edib.
İstintaqın məlumatına əsasən, mayın 13-də parlamentə bitişik ərazidə keçirilən etiraz aksiyası zamanı Qiorqi Okmelaşvili Daxili İşlər Nazirliyinin əməkdaşı Aleksandre Oxanaşviliyə qarşı fiziki təhqir törədib, belə ki, dirsək vurmaqla üz nahiyəsindən xəsarətlər yetirib.
Okmelaşviliyə qarşı Cinayət Məcəlləsinin 353-cü prima maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb, bu da xidməti vəzifələrini yerinə yetirərkən polis əməkdaşına hücum deməkdir. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1-ci hissəsi ilə də ittiham irəli sürülmüşdü, bu da narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və saxlanması deməkdir. Lakin, maddə tam amnistiyaya tabe edilib. Müvafiq olaraq, bu maddə üzrə cinayət təqibinə xitam verilib. Cinayət 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tuturdu.