Məhkəmə Nikola Sarkozinin həbsxanadan vaxtından əvvəl azadlığa buraxılmasına dair vəsatəti təmin edib, Fransanın sabiq prezidenti həbsxananı bu gün tərk edəcək
Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozinin həbsxanadan vaxtından əvvəl azadlığa buraxılmasına dair vəsatəti təmin edib. Fransa mediasının məlumatına əsasən, məhkəmənin qərarı ilə Sarkozi “məhkəmə nəzarəti” altında olacaq.
Fransanın sabiq prezidenti həbsxananı bu gün tərk edəcək. Ona Fransanı tərk etmək və onun işinin fiqurantları ilə istənilən növ təmas qadağan edilib.
Həmçinin, Fransa Ədliyyə Nazirliyinin rəsmiləri ilə görüşmək də ona qadağan ediləcək.
Fransanın sabiq prezidentinin vəkili bildirib ki, Sarkozinin həbsxanadan azadlığa buraxılması yalnız ilk addımdır və müdafiə tərəfi Fransanın sabiq liderinə qarşı çıxarılmış hökmdən Apelyasiya Məhkəməsinə şikayət etmək niyyətindədir.