Məhkəmə narkotik vasitənin qanunsuz saxlanılması və işə keçirilməsi faktlarına görə təqsirləndirilən şəxsi 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib
Tbilisi Şəhər Məhkəməsi ittiham tərəfinin təqdim etdiyi sübutları tam qəbul edib və təqsirləndirilən şəxsi narkotik vasitənin qanunsuz saxlanılması və işə keçirilməsi faktlarında təqsirli bilib. Bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayır.
İstintaq orqanının məlumatına əsasən, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla təqsirləndirilən şəxsin dəfələrlə satdığı “buprenorfin” narkotik vasitəsini qanunsuz saxlaması müəyyən edilib. Həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq satılan narkotik vasitələr götürülüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi 2025-ci ilin aprelin 24-də saxlayıblar. Ona qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “d” yarımbəndi (4 epizod) və 260-cı maddəsinin 5-ci hissəsinin “e” yarımbəndi (3 epizod) (narkotik vasitənin qanunsuz saxlanılması və işə keçirilməsi) ilə irəli sürülüb.
Tbilisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi irəli sürülmüş ittiham üzrə təqsirli bilib və barəsində 12 il azadlıqdan məhrumetmə cəzası təyin edib.