Məhkəmə narkotik cinayətində təqsirləndirilən Nika Katsianı təqsirsiz hesab edib
Məhkəmə narkotik cinayətində təqsirləndirilən Nika Katsianı təqsirsiz hesab edib

 

Məhkəmə narkotik cinayətində təqsirləndirilən Nika Katsianı təqsirsiz hesab edib və məhkəmə zalından azadlığa buraxıb.

İş üzrə qərarı hakim Tamar Mcedlişvili verib.

Məlumat üçün bildirək ki, Nika Katsiaya qarşı ittiham Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsi ilə irəli sürülmüşdü, bu da külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması deməkdir. Qeyd olunan cinayət 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tuturdu.