Məhkəmə “Milli Hərəkatın” şikayətini təmin etmədi və Zuqdidi 67-ci seçki dairə komissiyasının 7 oktyabr tarixli sərəncamını qüvvədə saxladı
Zuqdidi Rayon Məhkəməsi Zuqdidini 67 saylı seçki dairə komissiyasının 7 oktyabr tarixli sərəncamının ləğv olunması barəsində “Milli Hərəkatın” şikayətini müzakirə etdi.
Məhkəmə “Milli Hərəkatın” şikayətini təmin etmədi və Zuqdidi 67-ci seçki dairə komissiyasının sərəncamını qüvvədə saxladı.
Məhkəmə prosesində bilavasitə ləğv olunmuş bülletenlərin hesablanmasında iştirak edən hər dörd dairə komissiyasının üzvləri iştirak edirdilər.
Xatırladaq ki, Zuqdidi 67-ci seçki dairə komissiyası tərəfindən Zuqdidinin 11-ci majoritar dairəsinin dörd məntəqəsinin səslərinin hesablanmasından sonra nəticələr “Gürcü Arzusunun” namizdinin xeyrinə dəyişdirildi.