Məhkəmə Marin Le Peni Avropa İttifaqının vəsaitlərinin qeyri-müvafiq xərclənməsi işi üzrə təqsirli bilib
Fransanın ifrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Peni Avropa İttifaqının vəsaitlərinin qeyri-müvafiq xərclənməsi işi üzrə təqsirli biliblər.
Məhkəmə prosesində prokurorlar Marin Le Penin təqsirli bilinməsi halında, onun 5 il müddətinə dövlət vəzifəsində işləməsinə qadağa qoyulmasını tələb ediblər. Marin Le Penə hansı cəzanın veriləcəyi hazırda bilinmir, lakin daha əvvəl Le Pen 2027-ci ilin onun prezident seçkilərində sonuncu iştirakının olacağını bildirmişdi. Məhkəmənin bu qərarının prezidentlik uğrunda mübarizədə ona maneə olub-olmayacağı bilinmir.
Marin Le Pen və onun partiyasının 24 üzvü – partiyanın rəsmi şəxsləri, əməkdaşları, sabiq deputatlar və parlament köməkçiləri Avropa Parlamentində işləmək üçün ayrılan vəsaitdən onların partiyası üçün işləyən əməkdaşların maliyyələşdirilməsi üçün istifadə etməkdə ittiham olunurdular. Le Pen və digər müttəhimlər vəsaitdən istifadə üsulunun qanuni olduğunu iddia edirdilər.
Məlumat üçün bildirək ki, Avropa Parlamentinin üzvlərinə xərcləri qarşılamaq üçün, o cümlədən köməkçilər üçün vəsait ayrılır, lakin vəsaitdən partiya fəaliyyətini maliyyələşdirmək üçün istifadəyə icazə verilmir.