Məhkəmə Mamuka Xazaradzeni səkkiz ay azadlıqdan məhrumetmə cəzasına məhkum etdi və ona 2 il müddətinə vəzifə tutmağı qadağan etdi
Tbilisi Şəhər Məhkəməsi “Lelo”nun lideri Mamuka Xazaradzeni parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməməsi faktına görə səkkiz ay azadlıqdan məhrumetmə cəzasına məhkum etdi. Həmçinin ona 2 il müddətinə vəzifə tutmağı qadağan etdi.
Hakim Zviad Şaradze qərarı bir az bundan əvvəl elan etdi. Xazaradze iclasda iştirak etməyib.
Gürcüstan Parlamentinin “2003-2012-ci illərdə fəaliyyət göstərən rejimin və rejimin siyasi məmurlarının fəaliyyətini öyrənən müvəqqəti istintaq komissiyası”nın iclasında iştirak etmədiyi üçün Mamuka Xazaradzenin işi martın 25-də prokurorluğa göndərilib. Aprelin 1-də Mamuka Xazaradzeyə qarşı ittiham irəli sürülüb. Xazaradze barəsində qətimkan tədbiri olaraq 50 000 lari girov təyin edilmişdi və o, qanunla müəyyən edilmiş müddətdə girovu ödəyib.
Bununla yanaşı, “Lelo”nun liderlərindən biri Badri Caparidzenin hökmü də bu gün elan olunacaq. Onun da barəsində qətimkan tədbiri olaraq 50 000 lari girov təyin edilmişdi və o, da girovu ödəyib.