Məhkəmə Kiyev-Peçeri Lavranın keçmiş rəhbərini ev dustaqlığına məhkum etdi

12:57, 02.04.2023

Məhkəmə Kiyev-Peçeri Lavranın keçmiş rəhbərini ev dustaqlığına məhkum etdi. Yepiskop dini zəmində münaqişənin qızışdırılmasında və Rusiyanın Ukraynaya qarşı təcavüzünə haqq qazandırmaqda ittiham olunur.

Kiyevin Şevçenko Rayon Məhkəməsinin qərarına əsasən, yepiskop Pavel ev dustaqlığında mayın 30-dək qalacaq. O, elektron qolbaq gəzdirməli olacaq.

Ukrayna Təhlükəsizlik Xidmətinin Məhkəməyə təqdim etdiyi vəkalətnamədə qeyd edildiyi kimi, şübhəlinin istintaqdan gizlənməsi və ya şahidlərə təsir göstərməsi təhlükəsi mövcuddur.

Yepiskop özü bəyan edir ki, ona qarşı qaldırılan iş siyasi motivlidir və o, həmişə Rusiya təcavüzünün əleyhdarı olub.

Oxşar