Məhkəmə İstanbul Munisipalitetinin 18 əməkdaşı barəsində ilkin həbs qərarı verib

13:27, 30.04.2025

 

Türkiyədə məhkəmə İstanbul Munisipalitetinin 18 əməkdaşı barəsində ilkin həbs qərarı verib. Onlar korrupsiya ittihamı ilə saxlanılıblar. Bu barədə məlumatı “Reuters” yayır.

Yerli medianın məlumatına əsasən, ötən həftəsonu istintaq çərçivəsində saxlanılan 52 nəfərdən 34-nü qanuni məhdudiyyətlər şərti ilə azad ediblər. Saxlanılanlar arasında munisipalitetin baş katibi, mer aparatının rəhbəri, munisipalitetin su təchizatı administrasiyasının sədri və onun müavini olub. Həmçinin, İstanbulun həbs edilmiş meri Ekrem İmamoğlunun köməkçisinin həyat yoldaşı da saxlanılıb.

Məlumat üçün bildirək ki, martın 19-da Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi hesab edilən İstanbulun meri Ekrem İmamoğlunu saxlayıblar. O, korrupsiyada və terror təşkilatına dəstək verməkdə ittiham olunur. İmamoğlu ittihamları rədd edir və ona qarşı açılan işləri siyasi motivli hesab edir. Onun saxlanılması Türkiyədə kütləvi etiraz nümayişləri ilə müşaiyət olunub.

Oxşar