Məhkəmə İrakli Okruaşvili barəsində təyin edilmiş girovu həbs qətimkan tədbiri ilə əvəz edib, Okruaşvilini məhkəmə zalında saxlayıblar

14:44, 14.05.2025

 

Tbilisi Şəhər Məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşvili barəsində təyin edilmiş 20 000 lari məbləğində girovu həbs qətimkan tədbiri ilə əvəz edib.

İrakli Okruaşvilini məhkəmə zalında saxlayıblar.

Aprelin 8-də Tbilisi Şəhər Məhkəməsi müvəqqəti istintaq komissiyasının iclasında iştirak etmədiyi üçün Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili barəsində 20 000 lari məbləğində girov təyin etmişdi. Okruaşvilinin girovu ödəmək müddəti mayın 8-də başa çatıb.

Oxşar