Məhkəmə qrup halında zorakılıqda təqsirləndirilən 11 nəfərin hamısını 2 il həbs cəzasına məhkum edib
Məhkəmə qrup halında zorakılıqda təqsirləndirilən 11 nəfərin hamısını 2 il həbs cəzasına məhkum edib

 

Məhkəmə parlament yaxınlığında davam edən etiraz aksiyaları zamanı qrup halında zorakılıqda iştirak ittihamı ilə saxlanılan 11 nəfərin hamısını Andro Cicinadze, Onise Tsxadadze, Cano Arçaia, Ruslan Sivakov, Luka Cabua, Quram Mirtsxulava, Valeri Tetraşvili, Qiorqi Terişvili, İrakli Keraşvili, Revaz Kinadze və Serqei Kuxarçuku 2 il həbs cəzasına məhkum edib.

Hakim Nino Qalustaşvili qərarı bir az bundan əvvəl qəbul edib.

Saxlanılan 11 nəfərə qarşı ittiham Cinayət Məcəlləsinin 225-ci maddəsinin 2-ci hissəsi ilə irəli sürülmüşdü, bu da mütəşəkkil qrup zorakılığında iştirak etmək deməkdir və 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Hakim Qalustaşvili qeyd olunan ittihamı Cinayət Məcəlləsinin 226-cı maddəsi ilə tövsif edib, bu da ictimai asayişi pozan qrup hərəkətlərində fəal iştirak deməkdir.