Məhkəmə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanı iki aylıq müddətə həbs qətimkan tədbiri ilə həbs edib
Məhkəmə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryana qətimkan tədbiri olaraq iki aylıq həbs verib. Bu barədə Ermənistan mediası məlumat yayıb. “Armenpress”
Köçəryanın vəkili Aleksandr Koçubayevin sözlərinə görə, müdafiə etdiyi şəxsin yanına ziyarətlərin də məhdudlaşdırılması barədə qərar qəbul edilib. Onunla yalnız həyat yoldaşı və övladlarının görüşməsinə icazə verilir.
Bundan əvvəl Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət işi çərçivəsində altı nəfərin, o cümlədən Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın, onun oğlunun və digər şəxslərin saxlanıldığını açıqlamışdı. Komitənin məlumatına görə, saxlanılan şəxslər cinayət sxemlərində iştirak ediblər.
Hesabatda bildirilir ki, istintaq çərçivəsində Robert Köçəryanın prezident olduğu dövrdə yaxın şəxslərlə əvvəlcədən razılaşaraq və vəzifə səlahiyyətlərindən istifadə etməklə müxtəlif formal bəhanələrlə dövlət mülkiyyətindən bir sıra ictimai və iqtisadi əhəmiyyətli, bahalı əmlakları bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə əldə etdiyini təsdiqləyən faktiki sübutlar toplanıb.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Robert Köçəryan barəsində də həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə məhkəməyə müraciət edib. Lakin keçmiş prezidentin qətimkan tədbiri məsələsinə dair məhkəmə iclası onun müəyyən tibbi müayinələrdən keçməsindən sonra keçiriləcək.
Yayılan məlumata görə, dünən Robert Köçəryanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində olduğu zaman səhhəti pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb və bundan sonra o, tibb müəssisəsinə aparılıb.