Məhkəmə Beka Caianini Kesaria Abramidzeni qəsdən öldürülməsində təqsirli bildi və ömürlük azadlıqdan məhrum etdi
Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Qalustaşvili, Kesaria Abramidzenin xüsusi amansızlıqla və gender motivi ilə qətlə yetirilməsi işində, 26 yaşlı Beka Caianini təqsirli bildi və ömürlük azadlıqdan məhrum etdi.
Hakim həm kvalifikasiya, həm də cəzanın müəyyən edilməsi hissəsində ittiham tərəfinin mövqeyini tam bölüşdü. Hakim ittiham tərəfinin Beka Caianinin Kesaria Abramidzeyə qarşı sistematik zorakılıq törətməsi, qətlin isə xüsusi amansızlıqla və gender motivi ilə törədildiyi barədə mövqeyi ilə razılaşıb. Hakim hökmü elan etməzdən əvvəl Beka Caianinin cəzaçəkmə müəssisəsindən göndərdiyi məktubu oxuyub və məktubda Caiani törətdiyi cinayətdən peşman olduğunu və ağır psixoloji vəziyyətdə olduğu üçün məhkəmədə son sözünü deyə bilməyəcəyini qeyd edirdi.
Caianinin vəkili Qiorqi Mdinaradze hökmü qanunsuz adlandırır və izah edir ki, Caiani tərəfindən sistematik zorakılıq törədilməyib və o, cinayəti xüsusi amansızlıqla və gender motivi ilə törətməyib. Onun izahatına əsasən, Caiani qətl hissəsində günahını etiraf edib, sübutları danılmaz edib, peşman olub, istintaqla əməkdaşlıq edib, hakim bu halları nəzərə almalı idi və qətlin ağırlaşdırıcı maddəsi ilə maksimal cəza təyin etməməli idi. Müdafiə tərəfi hökmdən şikayət etməyi planlaşdırır.
İttiham tərəfi hökmü qanuni və əsaslandırılmış adlandırır. Prokuror Qriqol Nişnianidzenin izahatına əsasən, ittiham tərəfi şahidlərin ifadələrini, həmçinin ekran görüntüsü və telefon yazışmalarını əldə edib, bununla sistematik zorakılıq şübhəsiz şəkildə təsdiqləndi. Abramidzeyə bıçaqla 28 xəsarət yetirmişdi, bu da xüsusi amansızlıqla törədilmiş qətlin əsas sübutudur, gender motivi ilə qətli isə bir sıra sübutlar təsdiqləyir.
Abramidzenin ailə üzvləri hökmdən razıdırlar və izah edirlər ki, Caiani cinayəti səmimi şəkildə deyil, cəzanın yüngülləşməsi məqsədilə etiraf edib.