Məhkəmə Badri Caparidzeni səkkiz ay azadlıqdan məhrumetmə cəzasına məhkum etdi və ona 2 il müddətinə vəzifə tutmağı qadağan etdi
Məhkəmə Badri Caparidzeni səkkiz ay azadlıqdan məhrumetmə cəzasına məhkum etdi və ona 2 il müddətinə vəzifə tutmağı qadağan etdi

 

Tbilisi Şəhər Məhkəməsi “Lelo”nun liderlərindən biri Badri Caparidzeni parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməməsi faktına görə səkkiz ay azadlıqdan məhrumetmə cəzasına məhkum etdi. Həmçinin ona 2 il müddətinə vəzifə tutmağı qadağan etdi.

Qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi bir az bundan əvvəl elan etdi. Caparidze iclasda iştirak etməyib.

Badri Caparidze martın 25-də Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının iclasına izahat üçün çağırılmışdı, lakin o, iclasa gəlmədi. Ona qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürüldü, bu da “Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının tələbinin yerinə yetirilməməsi” deməkdir.

Tbilisi Şəhər Məhkəməsi Badri Caparidzenin barəsində qətimkan tədbiri olaraq aprelin 5-də 50 000 lari girov təyin edib və o, qanunla müəyyən edilmiş müddətdə girovu ödəyib.

Bununla yanaşı, “Lelo”nun lideri Mamuka Xazaradzenin hökmü də bu gün elan edilib. Məhkəmə Xazaradzeni də səkkiz ay azadlıqdan məhrumetmə cəzasına məhkum etdi və ona 2 il müddətinə vəzifə tutmağı qadağan etdi.