Məhkəmə Andrey Yermakın işi üzrə qərarı mayın 13-də elan edəcək
Məhkəmə Andrey Yermakın işi üzrə qərarı mayın 13-də elan edəcək

 

Ukraynanın Antikorrupsiya Məhkəməsi Andrey Yermakın işi üzrə qərarı mayın 13-də elan edəcək.

Bu gün məhkəmə prosesində qərarın elan edilməsi iki səbəbdən təxirə salınıb – müdafiə tərəfi işin 16 cilddən ibarət olduğunu və vəkillərin hələ materiallarla tam tanış olmadığını bəyan edir. Bununla yanaşı, prokurorluq müəyyən sübutları ictimaiyyətə açıqlamaq istəmir.

Qanuna əsasən, qərarı maksimum 72 saata verməlidirlər.

Ukraynanın Xüsusi Antikorrupsiya Prokurorluğunun rəhbəri Aleksandr Klimenkonun brifinqdə dediyi kimi, qurum Ukrayna Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermak barəsində qətimkan tədbiri olaraq həbs tələb edir.

Alternativ tədbir olaraq, prokurorluq 180 milyon qrivna (təxminən dörd milyon dollar) məbləğində girovu nəzərdən keçirir.

Məlumat üçün bildirək ki, mayın 11-də Antikorrupsiya Prokurorluğu və Ukraynanın Milli Antikorrupsiya Bürosu Andrey Yermakın 460 milyon qrivna (təxminən on milyon dollar) yumaqda şübhəli bilinən mütəşəkkil dəstənin üzvü olmaqda ittiham olunduğunu bəyan edib. Zelenskinin ofisinin sabiq rəhbərinə ittiham Ukrayna Cinayət Məcəlləsinin 209-cu maddəsinin 3-cü hissəsi ilə irəli sürülüb, bu da cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) deməkdir. Bu maddə səkkiz ildən 12 ilə qədər həbs cəzasını nəzərdə tutur.