Məhəmməd Bağır Qalibaf ABŞ-ı xəbərdar edir: İranın neft və qaz obyektlərinə hər hansı hücum cavabsız qalmayacaq

10:31, 08.09.2026

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-ı xəbərdar edir ki, İranın neft və qaz aktivlərinə istənilən hücum cavab addımına səbəb olacaq. Onun sözlərinə görə, Yaxın Şərq regionunda Amerika enerji şirkətləri və obyektləri müdafiəsizdir və Tehran cavab addımı ata bilər.
“Burada hər şey sadədir: neft və qaz istehsalı zənciri burada geniş yayılıb, əlçatandır və müdafiəsizdir. Bu sularda və obyektlərdə fəaliyyət göstərən Amerika neft və qaz şirkətləri bu müdafiəsizliyi bölüşürlər. Əgər bizim aktivlərimizə zərbə endirsəniz, zərər görəcəksiniz. Biz bunu artıq sübut etmişik. Artıq fəaliyyət qabiliyyətini itirmiş bazalardan soruşun”, – Qalibaf sosial şəbəkədə yazıb.

Qalibaf bu açıqlamanı ABŞ-ın müharibə naziri Pit Heqsetin Tehrana İranın neft tankerlərini batıracağı ilə bağlı hədə-qorxu gəlməsindən sonra verib. Heqset bildirib ki, İranın tanker donanması müdafiəsizdir və ABŞ-ın təyyarələri, gəmiləri və sualtı qayıqları zərurət yaranacağı təqdirdə onlara hücum edə bilər.

Oxşar