Məhəmməd Baqir Qalibaf: ABŞ hələ də anlamır ki, hədə-qorxu gəlmək və verdiyi vədlərə əməl etməmək artıq nəticəsiz qalmayacaq. Hörmüz boğazı yalnız İranın müəyyən etdiyi qaydalar əsasında açıq olacaq, Amerikanın təhdidləri ilə yox
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ni cavab zərbələri ilə bağlı xəbərdar edib.
Qalibafın sözlərinə görə, ABŞ hələ də anlamır ki, hədə-qorxu gəlmək və verdiyi vədlərə əməl etməmək artıq cavabsız qalmayacaq.
“Hörmüz boğazı yalnız İranın müəyyən etdiyi qaydalar əsasında açıq olacaq, Amerikanın təhdidləri ilə yox”, – deyə Qalibaf bildirib.
Qeyd edək ki, ABŞ İran ərazisinə növbəti hava zərbələri endirib. ABŞ Mərkəzi Komandanlığı təxminən 90 hərbi obyektin məhv edildiyini açıqlayıb.