Məhəmməd Bağər Qalibaf: ABŞ-ın dezinformasiya qurumu bildirir ki, İran Hörmüz boğazına nəzarət etmir. Lakin bazar neftin qiymətinə böyük risk əlavəsi tətbiq edib

10:36, 28.09.2026

ABŞ-ın dezinformasiya qurumu bildirir ki, İran Hörmüz boğazına nəzarət etmir, lakin bazar neftin qiymətinə böyük risk əlavəsi tətbiq edib. Bunu İran parlamentinin spikeri Məhəmməd Bağər Qalibaf bildirib.

Onun sözlərinə görə, neftin qiyməti müharibədən əvvəlki səviyyə ilə müqayisədə 35 dollar, fiziki bazardakı qiymətlərlə müqayisədə isə 50 dollar daha yüksəkdir.

“Beləliklə, ya bazar axmaqdır, ya da ABŞ-ın narrativlərini yayan maşın reallığı təhrif edir. ABŞ-ın versiyasına inananlar üçün Hörmüzdə pulsuz dollar paylayan bir ‘aparat’ var. Gedin və götürün”, – deyə Qalibaf sosial şəbəkədə yazıb.

Oxşar