Məhdud imkanlara malik uşaqlar və yeniyetmələrin kurort xidməti proqramı üçün üç milyon lari xərclənəcək
Məhdud imkanlara malik uşaqlar və yeniyetmələrin kurort xidməti proqramı üçün üç milyon lari xərclənəcək

 

“Məhdud imkanlara malik uşaqlar və yeniyetmələrin kurort xidməti” proqramı üçün bu il üç milyon lari xərclənəcək – bu haqda paytaxtın meri Kaxa Kaladze Tbilisi Munisipalitetinin hökumətinin iclasında bildirib.

Kaladzenin qeyd etdiyi kimi, Səhiyyə və Sosial Xidmət üzrə Şəhər Xidməti kurort vauçerinin dəyərini ildən-ilə artırır, bu il isə 3600 vauçer verəcək.

“Tbilisinin Meriyası “Məhdud imkanlara malik uşaqlar və yeniyetmələrin kurort xidməti” proqramı çərçivəsində məhdud imkanlara malik şəxslərə 3600-ə qədər vauçer verəcək. Gürcüstanın kurortlarında istirahət üçün ayrılmış vauçerlərin sayı hər il artır və müvafiq olaraq, bu ehtiyacı olan daha çox məhdud imkanlara malik şəxslərə istirahət imkanı verilir. Səhiyyə və Sosial Xidmət üzrə Şəhər Xidmətinin kurort vauçerinin dəyərini ildən-ilə artırması diqqətəlayiqdir. Bu məbləğ bu il də artıb və 2026-cı ilin büdcəsindən proqrama üç milyon lari ayrılacaq”- Kaxa Kaladze qeyd edib.

Onun məlumatına əsasən, kurort vauçeri ilə istirahət üçün minimum altı sutka müəyyən edilib. Vauçerdən istifadə edən məhdud imkanlara malik şəxs və ya onun qanuni nümayəndəsi Gürcüstanın dağ və dəniz kurortunda istirahət üçün yeri, oteli və vaxtı özü seçir.

“Yaxın günlərdə kurort vauçerlərinin paylanması prosesi başlayacaq, bu proses də “Gürcüstan Poçtu” vasitəsilə həyata keçiriləcək. Evdə kuryeri qarşılamayan vauçer sahibi geri qaytarılan vauçeri paytaxtın meriyasından götürmək imkanı əldə edəcək. Kurort vauçerinin istifadə müddəti mayın 1-dən sentyabrın 15-i də daxil olmaqla müəyyən edilib. Vauçer istəyənlər tərəfindən müraciət edilməsi üç ay ərzində – 2026-cı ilin yanvarın 8-dən aprelin 8-i də daxil olmaqla mümkün idi” – Kaxa Kaladze bildirib.

Onun məlumatına əsasən, 2025-ci ildə paytaxtın meriyası 3247 kurort vauçeri verib.