"Medsentr" klinikasında bəyan edirlər ki, Batumidə korpusun uçması nəticəsində xəsarət alan Zviad Tavdqiridzenin vəziyyəti yaxşılaşdı
Batumidə korpusun uçması nəticəsində xəsarət alan Zviad Tavdqiridzenin vəziyyəti yaxşılaşdı. Bu barədə “Medsentr” klinikasında bəyan edirlər.
Klinikanın direktoru, Medea Kacayanın dediyinə görə, kişinin həyatını təhlükə hədələmir.
“Pasiyentin vəziyyəti sabitləşdi. O, kifayət qədər aktiv oldu. Sabah planlaşdırırıq palataya keçirək, reabilitasiyaya uzun müddət lazım gələcək, lakin kişinin həyatını təhlükə hədələmir”, – Medea Kacaya bəyan etdi.
Batumidə, 26 May küçəsində 8 oktyabrda təxminən saat 12:00 radələrində yaşayış korpusunun bir hissəsi uçdu. Doqquz insan vəfat etdi, bir nəfər xəsarət aldı. DİN korpusun uçması faktı üzrə aparılan istintaq çərçivəsində üç nəfəri yaxaladı.