Medikamentlərin importu icazəsinin alınması ərizəsinin müzakirəsi müddəti azalır
Medikamentlərin importu icazəsinin alınması ərizəsinin müzakirəsi müddəti azalır

Farmasevt şirkətləri ilə görüşlərimiz oldu və artıq gələn həftədən Nazirlik Türkiyə istehsalı olan dərmanlar üçün müraciətlərin qəbuluna başlayacaq, – bu barədə Gürcüstanın Səhiyyə naziri, Zurab Azaraşvili bəyan etdi.

Elə onun dediyinə görə, etiraf olunmuş ölkələrdən medikamentlərin importu icazəsinin alınması ərizəsinin müzakirəsi müddəti azalır.

“Türk bazarı etiraf olunmuş ölkələr bazasına daxil edildi və açıldı. Farmasevt şirkətləri ilə görüşlərimiz oldu və artıq gələn həftədən Nazirlik Türkiyə istehsalı olan dərmanlar üçün müraciətlərin qəbuluna başlayacaq. Elə burada qeyd olunmalıdır ki, etiraf olunmuş ölkələrdən medikamentlərin importu icazəsinin alınması ərizəsinin müzakirəsi müddəti azalır. Bu müddət pandemiya dövrü 45 günə qədər artmışdı və indi yeddi günə qədər azalacaq ki, maksimal olaraq operativ şəkildə medikamentləri daxil edə bilək”, – Azaraşvili bəyan etdi.