Mediaya görə, Azərbaycan ölkənin cənub hissəsində hava məkanını müvəqqəti bağlayıb
Mediaya görə, Azərbaycan ölkənin cənub hissəsində hava məkanını müvəqqəti bağlayıb

Azərbaycan ölkənin cənub hissəsində hava məkanını müvəqqəti bağlayıb, – bunu “BBC” “Reuters”-ə istinadən yazır.

Agentliyin məlumatına görə, hava məkanı 12 saat müddətinə bağlanacaq.

Qeyd edək ki, bu gün mediada yayılan xəbərlərə görə, Naxçıvan aeroportunun ərazisində iran dronu partlayıb. Yerli mediaya görə, daha bir dron Şəkarabad kəndinə enib.

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində dronlarla edilən hücumu Azərbaycanın əleyhinə yönəlmiş əsassız terror aktı və aqressiya adlandırıb. Onun sözlərinə görə, İran Azərbaycan əleyhinə terror aktı həyata keçirib və cinayətkarlar cəzalandırılmalıdır.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı isə Azərbaycan istiqamətində dron buraxılmasını inkar edib. Qərargahın bəyanatında bildirilir ki, aparılan istintaqa görə, əməliyyat sionist rejimi tərəfindən həyata keçirilib.